Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
04 Oktyabr, 2020 11:20 1724

Hərbi hissələr Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi silah-sursatla təchiz olunur

2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə yaradılmış Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin yüksək texnoloji keyfiyyətlərə cavab verən müasir silah və hərbi texnika ilə təmin olunması istiqamətində işləri fəal şəkildə davam etdirir.
U
ğurlu döyüş əməliyyatları verilən qərarların düzgün olduğunu bir daha sübut edib. 

Gərgin döyüşlərin getdiyi vaxtda Azərbaycan Silahlı Qüvvələrini dəstəkləmək, Ordunu lazımi silah və hərbi texnika ilə təmin etmək məqsədilə Müdafiə Sənayesi Nazirliyinin (MSN) birlik və müəssisələri fasiləsiz iş rejiminə keçib.

Bundan əlavə, təmir və bərpa işlərinin vaxtında və operativ şəkildə icrasını təmin etmək üçün Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyinin göstərişi ilə döyüş zonalarına yaxın yerlərdə müvafiq təmir bazaları təşkil edilərək, onların cəbhəyanı ərazilərdə fasiləsiz fəaliyyəti təmin olunur.

Tabeli qurum və müəssisələrdə hazırlanan müasir silah və sursatlar  erməni təxribatı nəticəsində başlamış yeni müharibədə ilk dəfə sınaqdan keçirilir. Dövlət başçısının göstərişi ilə artıq uzunmüddətli hərbi əməliyyatlar üçün nəzərdə tutulmuş güclü ehtiyat hərbi silah və sursat bazası yaradılıb.