Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
11 May, 2022 19:00 121

Gimnastlarımız “Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif ediliblər

Mayın 11-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Milli Qəhrəman, Azərbaycan Velosiped Federasiyasının prezidenti  Mədət Quliyevin aprelin 22-dən 24-dək Bakıda keçirilən bədii gimnastika üzrə Dünya kubokunda uğurla çıxış edərək 1 qızıl, 1 gümüş medal qazanan qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri ilə görüşü baş tutub. Görüşdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva da iştirak ediblər.

Görüş çərçivəsində nazir Mədət Quliyev qrup hərəkətləri üzrə yığma komandanın üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva,  Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokinanı “Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edib.


Daha ətraflı: agf.az