25 Fevral, 2011 17:00
1093
Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən "IDEX-2011" Beynəlxalq Müdafiə Sərgisi başa çatdı
Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən “IDEX-2011” Beynəlxalq Müdafiə Sərgisi 24 fevral tarixində başa çatdı.
“IDEX-2011” sərgisinə qatılan Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi bu sərgidə 71 adda müdafiə təyinatlı məmulat nümayiş etdirdi. Buraya yüngül atıcı silahlar, müxtəlif növ döyüş sursatları, optik nişangahlar, minaatan, zirehli maşın modelləri və s. daxil idi.
Dünyanın 70 ölkəsindən 1050-dən çox şirkətin qatıldığı sərgidə Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanmışdır.
Sərgi zamanı Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti digər ölkələrin nümayiş etdirdiyi hərbi məhsullarla da yaxından tanış olmuşdur.
Səfər çərçivəsində nazir Yavər Camalov Birləşmiş Ərəb Əmirliklərinin əmiri Şeyx Məhəmməd bin Zaid Al Nəhəyanın təşkil etdiyi rəsmi qəbulda olmuşdur. Məlumat üçün bildiririk ki, Birləşmiş Ərəb Əmirliklərinin əmiri sərgiyə qatılan 70 ölkədən yalnız yeddisinin nümayəndə heyətinin başçısı ilə görüşmüşdür. Eyni zamanda, nazir Yavər Camalovun Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Qərargah rəisi Həmid Məhəmməd Sani Ər-Rumeysi, sərgidə iştirak edən Türkiyənin milli müdafiə naziri Vecdi Gönül, müdafiə sənayesi müşaviri Murad Bayar və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə də görüşü olmuşdur.
Sərgi zamanı ikitərəfli əməkdaşlığa dair niyyət protokolları imzalanmış, nazirliyin müəssisələrində istehsal olunan atıcı silahlar, minaatanlar, qumbaraatanlar və onların nişangahlarının və digər müdafiə təyinatlı məmulatların ixracına dair bir neçə ölkə ilə razılıq əldə edilmişdir.