Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
01 May, 2009 16:00 1760

Beynəlxalq Müdaflə Sənayesi Sərgisi (IDEF-2009) başa çatdı

Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF-2009) iştirak edən nazir Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyətinin səfəri başa çatdı.

İlk dəfə olaraq beynəlxalq sərgidə təmsil olunan Müdafıə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məmulatlardan - "İstiqlal" tipli snayper tüfəngi, atıcı silahlar ücün müxtəlif növ döyüş sursatları, artilleriya minaları və optik cihazlar xarici ölkə nümayəndələrində xüsusi maraq doğurmuşdur.

Sərgi zamanı nazir Yavər Camalov Türkiyənin və digər ölkələrin müvafıq qurumlarının rəsmiləri ilə görüşlər keçirmiş və ikitərəfli əməkdaşlıqların yaradılmasına dair danışıqlar aparmışdır. Nazir eyni zamanda təşkil edilən bütün rəsmi mərasimlərdə iştirak etmişdir.

Sərgidə Müdafiə Sənayesi Nazirliyinin dəvəti ilə Azərbaycanın müdafiə naziri Səfər Əbiyev və Daxili Qoşunların komandanı Zakir Həsənov da iştirak etmişdir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının beynəlxalq hərbi texnika və sursat bazarında təmsil olunması bir çox xarici ölkə KİV-ləri tərəfındən də geniş şəkildə işıqlandırılmışdır.

 

Foto