Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
26 Sentyabr, 2024 13:00 233

BƏƏ ilə hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən "ADEX-2024" və "Securex Caspian" sərgiləri davam edir.

Sərgi çərçivəsində sentyabrın 26-da Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev Birləşmiş Ərəb Əmirliklərinin “İnternational Golden Group” şirkətinin icraçı direktoru Fadel Saif Əl Kaabinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Danışıqlar zamanı iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Tərəflər faydalı müzakirələrin baş tutduğu görüşün əhəmiyyətini yüksək qiymətləndiriblər.