Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
09 Noyabr, 2021 14:00 1609

Bakıda Zəfər Gününə həsr olunmuş “Qələbə qaçışı” xeyriyyə tədbiri baş tutub

9 noyabr tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda “Qələbə qaçışı” xeyriyyə tədbiri keçirilib. “Qürurla irəli” şüarı ilə təşkil edilən qaçış ötən il müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm zəfərin ildönümünə həsr olunub. “Qələbə qaçışı” xeyriyyə tədbirində Müdafiə Sənayesi Nazirliyinin 170-dən çox əməkdaşı da iştirak edib.

“Qələbə qaçışı”nın iştirakçıları 5000 metrlik məsafəni əhatə edən Dənizkənarı Milli Parkda Elektra Hall-un qarşısından start götürərək, Bakı Dəniz Vağzalının önündə finişə çatıblar.

“Qələbə qaçışı” xeyriyyə tədbirinin sonunda qaliblərin mükafatlandırılma mərasimi baş tutub. Mükafatlar qaliblərə müdafiə sənayesi naziri Mədət Quliyev və gənclər və idman naziri Fərid Qayıbov tərəfindən təqdim edilib.

Qeyd edək ki, YAŞAT Fonduna dəstək olmaq üçün təşkil edilən xeyriyyə aksiyasında əsas məqsəd xalqımızın həmrəyliyini, dövlət-xalq birliyini bir daha nümayiş etdirməklə, Vətən uğrunda canını fəda etmiş, yaralanmış qazilərə dəstək olmaq, müharibə dövründəki qalib xalq ruhunu daim yaşatmaqdır.