26 Sentyabr, 2024 15:00
337
“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC ilə Müdafiə Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb
"ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində sentyabrın 26-da Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında birgə fəaliyyətlərin həyata keçirilməsi və qarşılıqlı əməkdaşlığın qurulmasına dair Anlaşma Memorandumu imzalanıb.
Memorandum qurumlar arasında öz səlahiyyətləri daxilində fəaliyyət sahələrinə uyğun olaraq qarşılıqlı faydalı, uzunmüddətli, səmərəli əlaqələrin qurulması və inkişafı üçün əməkdaşlıq etmək, həmçinin bu istiqamətdə fəaliyyətlərinin koordinasiyasının təşkili məqsədi daşıyır.