Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
13 Yanvar, 2022 19:00 361

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  sərəncamları ilə təltif olunan əməkdaşlara medalları təqdim edilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 dekabr 2021-ci il sərəncamları ilə “Tərəqqi”, “Dövlət qulluğunda fərqlənməyə görə” medalları və “Əməkdar mühəndis” fəxri adları ilə təltif olunan Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarına medallar və fəxri adlar təqdim edilib.

Medalları təqdim edən nazir Mədət Quliyev müdafiə sənayesinin inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə əməkdaşlara təşəkkür edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.