Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyində insan hüquq və azadlıqlarının qorunması, eləcə də digər hüquqpozmalara qarşı görülmüş tədbirlər
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi tərəfindən hər il olduğu kimi insan hüquq və azadlıqlarının qorunması kimi işlər davamlı olaraq daim diqqət mərkəzində saxlanılmış, bu istiqamətdə məqsədyönlü və səmərəli tədbirlər həyata keçirilmişdir. Cari ildə də insan hüquqlarına dair müxtəlif maarifləndirici tədbirlərin keçirilməsi təmin edilmiş, pozulmuş hüquqların bərpası, hüquq və qanuni mənafelərə əsassız olaraq məhdudiyyət yaradan inzibati aktların ləğv edilməsi və hüquqpozuntularının qarşısının alınması istiqamətində profilaktik tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyində, tabeli birlik və müəssisələrdə korrupsiya hüquqpozmalarına, eləcə də əmək hüquqlarının izahı və təminatı ilə bağlı müxtəlif mövzularda maarifləndirmə işinin səmərəli qurulması məqsədilə hazırlanmış tematik plan əsasında ayda bir dəfədən az olmayaraq aidiyyəti xidmət sahəsinin təcrübəli əməkdaşları tərəfindən işçi heyəti ilə treninqlərin təşkil olunaraq hüquqi maarifləndirmə işləri həyata keçirilməkdədir. Həmin mövzular əsasən əmək qavunvericiliyinin tələblərinin işçilərə çatdırılması, işçi və işəgötürənlərin hüquqları və məsuliyyəti, əmək və korrupsiya haqqında qanunvericiliyin tələbləri, bilavasitə korrupsiya hüquqpozmalarına və korrupsiyaya şərait yaradan hüquqpozmalara qarşı hüquqi profilaktiki tədbirlərin həyata keçirilməsi, cəmiyyətdə ümumqəbul edilmiş dəyərlərə və qanunvericiliyin tələblərinə hörmətlə yanaşılması, hüquq düşüncəsi və hüquq mədəniyyətinin inkişafı kimi məsələləri əhatə edir.
Müxtəlif hüquqpozmalarla bağlı daxil olmuş şikayətlərin ümumiləşdirilməsi və təhlili, korrupsiya ilə əlaqədar hüquq pozmaların törədilməsi ilə bağlı hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilən məlumatların ümumiləşdirilməsi və təhlili, Nazirlikdə və onun büdcədən maliyyələşən qurumlarında maliyyə intizamının gücləndirilməsi, israfçılığa, izafi xərclərə yol verilməməsi və büdcə vəsaitlərinin qənaətlə istifadə olunması istiqamətində təsirli tədbirlərin görülməsi, korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına dair tədbirlərin görülməsi, sui-istifadə hallarının qarşısının alınması məqsədilə yaxın qohumların tabelikdə işləməsinə yol verilməməsi və digər neqativ hallara zəmin yaradan şəraitlərin aradan qaldırılmasına dair tədbirlərin görülməsi kimi məsələlər daim diqqət mərkəzində saxlanılmışdır.
Bunlarla yanaşı əmək fəaliyyəti prosesində, eləcə də digər konstitusion hüquq və azadlıqların təsnifatı, hüquqi müdafiə üsulları və təminatı mövzularında bukletlər hazırlanaraq kütləvi maarifləndirmə məqsədilə Nazirliyin Aparatının stuktur bölmələrinə və tabeli qurumlarına göndərilmişdir.
Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar arasında məlumat mübadiləsi və səmərəli əlaqələndirmənin təşkili, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Nazirliyin Aparatında korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müəyyən edilmiş səlahiyyətli struktur bölmə tərəfindən korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı daxil olan məlumatların araşdırılmasını (baxılmasını) “Korrupsiyaya qarşı mübarizə haqqında” və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunlarına, eləcə də digər normativ hüquqi aktlara uyğun təmin edilmişdir.
Nazirliyin Aparatında çalışan dövlət qulluqçuları üçün etik davranış qaydaları, etik davranış qaydalarının pozulması ilə əlaqədar daxil olan şikayətlər, bununla bağlı tətbiq edilmiş intizam tənbeh tədbirləri, etik normaların pozulması və ya etik qaydaların pozuntusu təəssüratı yaradan davranışların profilaktikası məqsədilə hüquqi-maarifləndirmə tədbirlərinin, habelə digər fərdi və kütləvi təsir vasitələrinin tətbiqi məsələsi, korrupsiyaya qarşı mübarizə metodlarından səmərəli istifadə, dövlət qulluğunda rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi mövzularında müzakirələr aparılmış, etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində tapşırıq və tövsiyələr verilmişdir.
Nazirliyin aparatında, eləcə də tabeli birlik və müəssisələrdə idarəçiliyin hüquqi əsaslarla təşkili və həyata keçirilməsi, əmək kollektivində rəhbərlə işçi və işçilər arasında qarşılıqlı münasibətlərin etik normaların tələbləri gözlənilməklə qurulması, işçilərin sosial vəziyyətinin diqqətdə saxlanılmaqla yaxşılaşdırılması istiqamətində mümkün tədbirlərin görülməsi, iş prosesində əmək qanunvericiliyinin və aidiyyəti normativ-hüquqi aktların tələblərinə əməl edilməsi, hüquqpozmalara zəmin yaradan şəraitin aradan qaldırılması tələbi ilə bağlı verilmiş müvafiq tapşırıqların icrası hesabat qaydasında nəzarətə götürülmüşdür.
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin etik davranış qaydalarının təşkili ilə bağlı hazırlanmış İş Planına əsasən, tabeli birlik və müəssisələrdə müvafiq əmrlərlə etik davranış qaydalarına əməl olunmasına cavabdeh olan məsul şəxslər seçilmiş, həmin İş Planına uyğun olaraq etik davranış qaydalarının izahı və fərdi maarifləndirmə işləri Nazirliyin, tabeli birlik və müəssisələrin bütün işçilərinə etik müvəkkillər tərəfindən elan edilərək tanış olunması, fərdi profilaktiki tədbirlər davamlı olaraq həyata keçirilmişdir.
Qeyd olunanlardan əlavə Azərbaycan Respublikası Prezidentinin və Birinci vitse-prezidentinin tapşırıqlarının, tövsiyələrinin yüksək statusunu, ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatının prioritet sahələrini əhatə etdiyini, icrasının mütləq əhəmiyyətini nəzərə alaraq bütün dövlət orqanları ilə yanaşı Nazirlik tərəfindən də insan hüquq və azadlıqlarının qorunmasına, pozulmuş hüquqların bərpasına, həllinə xüsusi diqqət göstərilmiş, qanunvericiliyin tələblərinə tam məsuliyyətlə əməl edilməsi, işin düzgün təşkili, nəzarət funksiyasının, icra intizamının, kargüzarlığın, verilən tapşırıqların, tələb olunan məlumat və hesabatların vaxtında yerinə yetirilməsinə dair tədbirlər davamlı olaraq həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqdadır.
İnsan hüquqlarının qorunması və təminatı sahəsində görülmüş tədbirlərin aşağıdakı kimi təsnifatı aparıla bilər:
- İşçilərin müraciətlərinə düzgün baxılması, zəruri məsələlərin həllinə, eləcə də onların sosial müdafiəsi, əmək şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsini təmin etməklə rəhbərliyə olan etimadın yüksəldilməsi və işçi məmnunluğunun artırılmasına yönələn təsirli tədbirlər görülmüş;
- Əmək fəaliyyəti müddətində işçilərin qanunla qorunan hüquq və mənafelərinin müdafiə olunması, iş fəaliyyətində əmək qanunvericiliyinin düzgün tətbiqinin təmin olunması istiqamətində yerlərə tapşırıq və tövsiyələr verilmiş;
- Subyektiv meyarlara görə işçilər arasında ayrı-seçkiliyin, qanunsuz imtiyazların verilməsinin yolverilməzliyi xüsusi hal kimi qeyd olunaraq qeyri-bərabərliyə zəmin yaradacaq halların qarşısının alınmasına yönələn zəruri tədbirlərin görülməsinə dair tabeli müəssisələrə tapşırıqlar verilmiş;
- Vətən müharibəsi veteranlarının, qazilərin, şəhid ailələrinin və onlara bərabər tutulan digər qanuni imtiyazlara malik olan şəxslərin sosial müdafiəsi məsələsinin daimi diqqətdə saxlanılması, mahiyyətindən asılı olmayaraq müraciətlərinə dərhal baxılaraq həlli istiqamətində qanuni tədbirlərin görülməsinə dair tabeli qurumlara müvafiq tapşırıqlar ünvanlanmış;
- Tabeli birlik və müəssisələrdə işləyən şəxslərin müraciətlərinin dinlənilməsi və qanuni həlli istiqamətində zəruri tədbirlərin görülməsi və sual doğuran məsələlərin yerindəcə baxılıb müvafiq qərarların qəbul olunması məqsədilə Nazirliyin rəhbər işçiləri müəssisələrdə qəbul işinə cəlb olunmuş;
- Əmək qanunvericiliyinin düzgün mənimsənilməsi və tətbiqi, hüquqi maarifləndirmə sahəsində təbliğat, təşviqat işlərinin davamlı olaraq həyata keçirilməsi məqsədilə tabeli birlik və müəssisələrdə treninqlər təşkil edilmiş;
- Tabeli birlik və müəssisələrdən daxil olan hesabat və cari xarakterli məlumatlar, eləcə də vətəndaş müraciətləri məzmununa görə təhlil olunaraq ümumiləşdirilmiş, müəyyən olunan nöqsan və çatışmazlıqlar vurğulanaraq aradan qaldırılması tapşırığı ilə hazırlanmış icmal arayışlar və ya məktublar müəssisələrə göndərilmiş;
- “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarından irəli gələn tapşırıqların icra edilməsi məqsədilə Nazirliyin aparatında və tabeli birlik və müəssisələrdə etik davranış üzrə müvəkkil institutu yaradılmış, aparatda və tabeli qurumlarda işçilər arasında qarşılıqlı münasibətlərdə mədəni davranış, hüquqi vəziyyətindən asılı olaraq subordinasiya qaydalarına riayət olunması, ictimai etimad, loyallıq, xidməti məlumatların konfidensiallığını qorumaq, maddi və qeyri-maddi aktivlərdən düzgün, təyinatı üzrə, qənaətlə, səmərəli istifadə olunması, icra intizamı qaydalarına ciddi əməl olunması, başqa işçilərin səlahiyyət dairəsinə əsassız müdaxilələrin, maraqların toqquşması hallarının (yaxın qohumluq əlaqəsində şəxslərin bilavasitə tabeli münasibətində işləməsi) yolverilməzliyi və etik normaların təsir dairəsinə düşən digər qaydalar əsasında vahid məlumat vərəqi hazırlanaraq bütün işçi heyəti ilə tanış edilmişdir. Qeyd olunan istiqamətlər üzrə tabeli müəssisələrdə etik davranış qaydalarına təyin olunmuş məsul şəxslər qarşısında vəzifələr müəyyən edilməklə rüb ərzində görülmüş tədbirlər barədə hesabatların verilməsi təşkil olunmuş;
- Nazirliyin tabeli birlik və müəssisələrində idarəetmənin optimallığının artırılması, səmərəli nəticələrin əldə olunması və qanunçuluğun ciddi şəkildə gözlənilməsi tapşırığı ilə Nazirlik üzrə müvafiq Sərəncamdan irəli gələn göstərişlərin icra edilməsi məqsədilə yerlərə göndərilmiş;
- Tabeli birlik və müəssisələrdə işçilərin hüquq və qanuni mənafelərini pozmuş qərarların ləğv olunması, əmək müqavilələrinə əsassız xitam verilmiş işçilərin işə yenidən qəbulu məsələsinə baxılaraq təmin olunmuş;
- İşə qəbul, əmək fəaliyyəti zamanı cinsi mənsubiyyətə görə qısnama, diskriminasiya hallarının qarşısının alınması və əmək funksiyalarını layiqincə icra edən qadınların vəzifədə irəli çəkilmələri məsələsinin nəzarətdə saxlanılması məqsədilə mövcud beynəlxalq və milli qanunvericiliyin tələblərinə müvafiq olaraq gender bərabərliyinin təmin olunması üçün Nazirliyin Aparatında və tabeli qurumlarda məsul şəxslər təyin olunaraq istiqamət üzrə fəaliyyətin və görülmüş işlərin nəticəsi barədə hesabatlılıq təmin edilmişdir.