Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
24 Yanvar, 2025 18:15 168

Azərbaycan - Pakistan Hökumətlərarası Birgə Komissiyasının həmsədrləri arasında görüş keçirilib

Azərbaycan - Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasında iştirak etmək məqsədilə Pakistan İslam Respublikasında rəsmi səfərdə olan müdafiə sənayesi naziri, Komissiyanın həmsədri Vüqar Mustafayev yanvarın 24-də Komissiyanın həmsədri, Pakistanın müdafiə, müdafiə istehsalı və aviasiya naziri Xavaca Məhəmməd Asiflə görüşüb.

Xarici işlər nazirinin müavini Elnur Məmmədov və Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Xəzər Fərhadovun iştirak etdiyi görüşdə müxtəlif sahələrdə ölkələrarası əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Hər iki ölkənin milli maraqlarının təmin edilməsində Azərbaycan - Pakistan Hökumətlərarası Birgə Komissiyasının fəaliyyəti yüksək qiymətləndirilib.