Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
26 Sentyabr, 2024 18:00 292

"ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində bir sıra sənədlər imzalanıb

Bakıda keçirilən "ADEX-2024" və "Securex Caspian" sərgiləri çərçivəsində Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi (MSN) və tabeli qurumları ilə bir sıra xarici dövlət təşkilatları və özəl şikətlər arasında sənədlər imzalanıb.

Belə ki, MSN ilə Türkiyənin Müdafiə Sənayesi Komitəsi, Milli Aerokosmik Agentliyi ilə Türkiyənin “Aselsan” şirkəti, Elmi Tətqiqat İnstitutu ilə Belarus Respublikasının Dövlət Xarici Ticarət Unitar Müəssisəsi - “Belspesvneştexnika”, "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" ilə Türkiyənin “REPKON”, Çinin "China Precision Machinery Import-Export Corporation", Bosniya və Hersoqovinanın "Tehnicki Remont Bratunac", Slovakiyanın "MSM Group", İsrailin "AS Holdings" və "Elbit Systems", Serbiyanın "Yugoimport SDPR" şirkətləri arasında müqavilələr imzalanıb.

Sənədlər qeyd edilən qurumlar arasında hərbi-texniki əməkdaşlıq sahəsində əlaqələrin genişləndirilməsini nəzərdə tutur.