12 Sentyabr, 2014 15:00
1215
"ADEX-2014" sərgisini ziyarət edən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Müdafə Sənayesi Nazirliyinin stendində oldu
Sentyabrın 12-də birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi “ADEX-2014” Sərgisini ziyarət edən Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin başçılıq etdiyi nümayəndə heyəti Müdafə Sənayesi Nazirliyinin stendində oldu.
Qonaqları salamlayan müdafiə sənayesi naziri Yavər Camalov “ADEX-2014” sərgisi ilə bağlı ətraflı məlumat verdi.
Baş nazir “ADEX-2014” sərgisinin yüksək səviyyədə təşkil olunduğunu bildirdi.
MSN-in nümayiş etdirdiyi məmulatlar nümayəndə heyəti tərəfindən böyük maraqla izlənildi.