Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
13 Sentyabr, 2014 13:32 1196

"ADEX-2014" sərgisini ziyarət edən Azərbaycanın Baş naziri Artur Rasi-zadə Müdafiə Sənayesi Nazirliyinin stendlərində oldu

Sentyabrın 13-də birinci Azərbaycan Beynəlxalq Müdafiə  Sənayesi “ADEX-2014” Sərgisini  ziyarət edən  Azərbaycanın Baş naziri Artur Rasi-zadə Müdafiə Sənayesi Nazirliyinin  stendlərində oldu.

Müdafiə sənayesi naziri Yavər Camalov Baş nazirə “ADEX-2014” sərgisi  və Müdafiə Sənayesi Nazirliyi tərəfindən sərgidə  nümayiş etdirilən məmulatlarla bağlı geniş məlumat verdi.

Artur Rasi-zadə nazirlik tərəfində nümayiş etdirilən məmulatları böyük maraqla izlədi.