Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
11 Sentyabr, 2014 12:35 1394

"ADEX-2014" sərgisini ziyarət edən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin stendlərində oldu

Sentyabrın 11-də birinci Azərbaycan Beynəlxalq Müdafiə  Sənayesi “ADEX-2014” Sərgisini  ziyarət edən  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin stendlərində oldu.

Müdafiə sənayesi naziri Yavər Camalov Respublika Prezidenti İlham Əliyevə “ADEX-2014” sərgisi  və Müdafiə Sənayesi Nazirliyi tərəfindən sərgidə  nümayiş etdirilən məmulatlarla bağlı geniş məlumat verdi.

Respublika Prezidenti nazirlik tərəfində nümayiş etdirilən məmulatları böyük maraqla izlədi.

Sərgi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələrdə istehsal edilən ən son model tapança hədiyyə edildi.