Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
07 Oktyabr, 2021 11:50 396

7 oktyabr Vətən müharibəsi iştirakçısı Nicat Hüseynovun şəhid olduğu gündür

 

 

İkinci Qarabağ Müharibəsi şəhidi, Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı Nicat Ziyafət oğlu Hüseynov 04 iyun 1997-ci ildə Şirvan şəhərində anadan olub. 2015-ci ildə Şirvan şəhəri  Bəhruz Aslanov adına 16 saylı orta məktəbi bitirib.

Nicat Hüseynov Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərərək ağır döyüş şəraitində 15 yaralı əsgəri neytral zonadan təkbaşına çıxarıb. 23 yaşlı Nicat Hüseynov 16-cı yaralı döyüş yoldaşını xilas edərkən oktyabrın 6-dan 7-nə keçən gecə  qəhrəmancasına şəhid olub. Nicat Hüseynovun nəşi şəhid olduğu ərazidən 3 günə təxliyə edilib və doğulduğu Şirvan şəhərinə yola salınıb. O, oktyabrın 11-də Şirvanda, Şəhidlər Xiyabanında dəfn edilib.

Hüseynov Nicat Ziyafət oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidenti cənab  İlham Əliyevin Sərəncamlarına əsasən "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Allah qəhrəman şəhidimizə rəhmət eləsin!