Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
15 Oktyabr, 2021 13:15 422

16 oktyabr Vətən müharibəsi iştirakçısı Ağaəmi Heybətovun şəhid olduğu gündür

Vətən müharibəsi şəhidi, Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı Heybətov Ağaəmi Elçin oğlu 1993-cü il iyunun 6-da Buzovna qəsəbəsində anadan olub. 2011-ci ildə 125 nömrəli orta məktəbi bitirib.  Ali təhsilini 2011-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Turizm və otelçilik” fakültəsində alıb. Ağaəmi Heybətov 2016-ci ildə hərbi xidmətdə olduğu müddətdə Aprel döyüşlərində iştirak edib.

Ağaəmi Heybətov 2020-ci ilin 27 sentyabrında Vətən müharibəsinin başlanması xəbərini eşidən kimi orduya yazılaraq könüllü şəkildə cəbhəyə gedib.  16 oktyabr 2020-ci il tarixində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Goranboy rayon istiqamətində şəhidlik zirvəsinə ucalıb. Qəhrəman şəhidimiz yaşadığı Buzovna kəndində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.

Heybətov Ağaəmi Elçin oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Allah şəhidimizə rəhmət eləsin!