
Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini
Mehman Abbas oğlu Baxışov
Mehman Abbas oğlu Baxışov 1959-cu il iyul ayının 28-də Abşeron rayonunun Altı-Agac kəndində anadan olub.
Mehman Abbas oğlu Baxışov
Mehman Abbas oğlu Baxışov 1959-cu il iyul ayının 28-də Abşeron rayonunun Altıağac kəndində anadan olub.
1974-cü ildə C.Naxçıvanski adına Hərbi Liseyə daxil olmuş, 1976-ci ildə həmin liseyi bitirib.
1976-cı ildə Xəzər Ali Hərbi Dənizçilik Məktəbinə daxil olmuş və 1981-ci ildə həmin məktəbin hərbi mühəndis-texnoloq fakültəsini bitirib.
1981-ci ilin iyul ayından 1985-ci ilin avqust ayınadək SSRİ Hərbi Dəniz Donanmasının Mərkəzi Kimya Anbarında Saxlama şöbəsinin rəisi vəzifəsində xidmət edib.
1985-ci ilin avqust ayından SSRİ Müdafiə Nazirliyinin Hərbi Nümayəndəliyində aparıcı mühəndis vəzifəsində xidmət edib.
1990-cı ilin noyabr ayından SSRİ Müdafiə Nazirliyinin Baş Hərbi Nümayəndəliyinin rəisi vəzifəsində xidmət edib.
1990-1991-ci illərdə Marşal Timoşenko adına Ali Hərbi Akademiyasının “SSRİ Müdafiə Nazirliyinin Hərbi nümayəndələr” ixtisası üzrə Rəhbər Mühəndislər Heyəti fakültəsini bitirib.
1992-ci ilin aprel ayından Azərbaycan Respublikası Müdafiə Nazirliyində Silah və Hərbi Texnika İdarəsində qərargah rəisinin müavini vəzifəsində xidmət edib.
1992-1993-cü illərdə Qarabağda gedən döyüşlərdə iştirak edib, çətin döyüş tapşırıqlarını yerinə yetirib. Qarabağ veteranıdır.
1992-ci ilin may ayından 1994-cü ilin yanvar ayınadək Müdafiə Sənayesi İdarəsində Baş hərbi nümayəndəliklər şöbəsinin rəisi vəzifəsində xidmət edib.
1994-cü ilin yanvar ayından 2019-cu ilin oktyabr ayınadək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Müdafiə Sənayesi İdarəsinin rəisi vəzifəsində xidmət edib.
2001-2002-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını “Strateji Tədqiqatlar və Dövlət Müdafəsini İdarəetmə Akademik” kursları;
2019-cu ilin noyabr ayından Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin (hərbi-texniki əməkdaşlıq üzrə) müşaviri vəzifəsində xidmət edib.
2020–ci il iyul ayının 7-də Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə müdafiə sənayesi nazinin müavini vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2008-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2013-ci Sərəncamı ilə general-mayor hərbi rütbəsi verilib.

Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini
Yəhya Musa oğlu Musayev
Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 2012-ci il tarixli Sərəncamı ilə Tərəqqi medalı ilə təltif edilib.
Yəhya Musa oğlu Musayev
1959-cu ildə Bakı şəhərində anadan olub.
1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.
1979-1980-ci illərdə fəhlə işləyib.
1980-1982-ci illərdə «Azneftyoltikintitəmir» trestində mühəndis, iqtisadçı işləyib.
1982-1983-cü illərdə 26 Bakı komissarı adına Neftqazçıxarma İdarəsinin Tikinti Quraşdırma İdarəsində baş mühasib işləyib.
1983-1985-ci illərdə 26 Bakı komissarı adına Neftqazçıxarma İdarəsində baş mühasib işləyib.
1985-1994-cü illərdə Ə.C.Əmirov adına Neftqazçıxarma İdarəsində baş mühasib işləyib.
1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda Neft və Qazçıxarma İstehsalat Birliyində baş mühasib işləyib.
2003-2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Azneft» İstehsalat Birliyində İqtisadiyyat-maliyyə və mühasibat uçotu idarəsinin rəisi işləyib.
2004-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Azneft» İstehsalat Birliyində baş direktorun müşaviri işləyib.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2006-cı il tarixli Sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini təyin edilib.
Ailəlidir, bir oğlu var.
Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 2012-ci il tarixli Sərəncamı ilə Tərəqqi medalı ilə təltif edilib.

Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini
Vüqar Valeh oğlu Mustafayev
Vüqar Valeh oğlu Mustafayev 1986-cı ildə Bakı şəhərində anadan olub.
Doğulduğu tarix və yer
Vüqar Valeh oğlu Mustafayev 1986-cı ildə Bakı şəhərində anadan olub.
Təhsili
2004 – 2008-ci illər Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası Mühəndis iqtisadiyyatı və idarəetmə - Menecment (fərqlənmə)
2010 – 2013-cü illər Xəzər Universiteti Maliyyə və kredit ixsitsası üzrə “Biznesin idarə edilməsi (MBA)” magistr proqramı
2016-ci ildən etibarən beynəlxalq assosasiya olan Daxili Auditorlar İnstitutunun üzvü olmaqla yanaşı “Certified İnternal Auditor (CİA)” – Beynəlxalq Daxili Auditor kvalifikasiyası əldə etmişdir.
2020-ci ildən beynəlxalq “İBM Data Science Specialization” – Data Elmi üzrə ixtisastlaşmış kvalifikasiyaya sahibdir.
Hərbi vəziyyəti
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının N saylı hərbi hissəsi
İş təcrübəsi
Bakalavr təhsili dövründə 2006 – 2008-ci illərdə müxtəlif şirkətlərdə Təlim Koordinatoru və Maliyyə və mühasibatlıq üzrə mütəxəssis vəzifələrində fəaliyyət göstərmişdir.
2009 – 2012-ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən olan “Ernst & Young CIS B.V” şirkətində baş mütəxəssis olaraq çalışıb.
2012 – 2014-cü illərdə Azerfon MMC-də Daxili Audit Departamentinin Direktoru kimi faəliyyət göstərib.
2014-cü ildən etibarən PAŞA Holdinq MMC və ona aid olan Şirkətlərdə müxtəlif rəhbər vəzifələrində çalışıb:
- 2014-cü ildə PAŞA Holdinq MMC-də İcraçı Direktorun Müşaviri vəzifəsinə təyin olunub.
- 2014-cü ildən etibarən PAŞA Sığorta ASC və PAŞA Həyat Sığorta ASC-nin Təftiş Komissiyasının Sədri olaraq fəaliyyət göstərib.
- 2021-ci ildə PAŞA Holdinq MMC-nin Türkiyə Respublikasındakı Nümayəndəliyinin Rəhbəri, eyni zamanda İstanbul mərkəzli PDT və Gayrımenkul A.Ş. şirkətinin Müşahidə Şurasının Sədri olaraq təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 15 Mart 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazrinin müavini vəzifəsinə təyin olunub.
Ailə vəziyyəti
Ailəlidir. İki övladı var.