Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
Müəssisə haqqında
Tərtər Elektromexanika zavodu (TEMZ) Azərbaycan SSR Nazirlər Sovetinin 246 nömrəli 03 avqust 1976-cı il tarixli Sərəncamına əsasən “Azərsutikinti” Baş idarəsinin Tərtər rayonu ərazisində yerləşən obyektlərinin bazasında yaradılmışdır.
1977-ci ildən zavod SSRİ Radio Sənayesi Nazirliyinin tərkibində olan və Moskva şəhərində yerləşən Lionozovo Elektromexanika zavodunun Tərtər (Mirbəşir) filialı olmuşdur.
Zavod ilk fəaliyyətini 1977-ci ildə mühərrikli qayıqlar üçün “Taxometr-spidometr” məhsulunun istehsalı ilə başlamışdır.
1993-cü ildən zavod DXMKK-nin tərkibində olmuş, 2006-cı ildən isə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
Fəaliyyət istiqaməti
Tərtər Elekromexanika zavodunun əsas istehsal istiqamətləri aşağıdakılardır:
Texnoloji imkanlar
Tərtər Elektromexanika zavodunun fəaliyyəti aşağıdakı istehsal sahələrindən ibarətdir: