“Dalğa” Elmi İstehsalat Müəssisəsi
Müəssisə haqqında
Dalğa Elmi-İstehsalat Müəssisəsinin (EİM) təməli 1936-ci ildə qoyulmuşdur. 1939-cu ildə Dalğa EİM-in ərazisində SSRİ Gəmiqayırma Nazirliyinin Qorki şəhərində (indiki Nijni Novqorod) yerləşən Krasnoye Sormovo zavodunun yığma-sazlama sahəsi yaradılmışdır. 1956-cı ildə həmin sahə əsasında Elmi-Tədqiqat İnstitutu, 1966-cı ildə Bakı Elektromexanika İnstitutu, 1979-cu ildə NORD Elmi-Tədqiqat İnstitutu və həmin institutun bazasında 1982-ci ildə NORD Elmi-İstehsalat Birliyi yaradılmışdır.1993-cü ildən NORD İstehsalat Birliyi Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olmuşdur. 2006-cı ilin sentyabr ayından Naviqasiya Sistemləri Elmi-İstehsalat Birliyi, daha sonra Dalğa EİM adı altında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.
Dalğa EİM-də yaradılmış gəmi naviqasiya sistemləri sualtı obyektlərin layihələndirilməsi üçün Malaxit MKB, Rubin MKB, suüstu gəmilərin layihələndirilməsi üçün Severnoye MKB və digər layihə institutları və konstruktor bürolarının layihələrində geniş istifadə edilmişdir.
Dalğa EİM-də layihələndirilərək istehsal edilmiş gəmi naviqasiya sistemləri More, Admiralteyskiye verfi, Sevmaş, Yantar, Zvezda, Zvyozdoçka, Nikolayev gəmiqayırma zavodlarında və Kaspiyski dəqiq mexanika zavodunda istifadə edilmişdir.
Dalğa EİM-də yaradılmış naviqasiya sistemləri bütün növ gəmilərdə dünya okeanlarında öz etibarlılığını sübut etmişdir.
Fəaliyyət istiqaməti
DalğaEİM-in əsas fəaliyyət istiqamətləri:
- Naviqasiya, rabitə və informasiya sistemləri sahəsində elmi-texniki layihələrin işlənilməsi;
- Dəniz naviqasiya sistemlərinin yaradılması, istehsalı və texniki xidməti;
- İxtisaslaşmış naviqasiya, rabitə və informasiya emalı sistemlərinin yaradılması və istehsalı;
- Dəniz nəqliyyat vasitələrinin məlumat-ölçü və diaqnostika sistemlərinin yaradılması və istehsalı;
- Naviqasiya və rabitə sistemlərinin təkmilləşdirilməsi, quraşdırılması, sazlanması, işə salınması və təmiri;
- Naviqasiya, rabitə və digər texniki vasitələrin iqlim və mexaniki təsirlərə davamlılıq sınaqlarının keçirilməsi;
- Neft və qaz nəqletmə platformaları və stansiyaları üçün nəzarət, ölçü və idarəetmə sistemlərinin yaradılması və istehsalı;
- Fərdi sifarişlər əsasında nəzarət, ölçü və idarəetmə sistemlərinin layihələndirilməsi və istehsalı.
Texnoloji imkanlar