Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
Müəssisə haqqında
Azon zavodu 1974cü ildə Mikrosхеmotехnika Bakı Хüsusi Konstruktor Bürosunun bazasında yaradılmış və SSRİ Elektronika Sənayesi Nazirliyinin tərkibinə daхil edilmişdir.Fəaliyyət istiqaməti
Azon zavodunun istehsalat fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:
Texnoloji imkanlar
İS kristallarının istehsalı modulu:
Yığım sexi:
Sex yüksək məhsuldarlıqlı DİP-plastmas və yastı metallokeramik gövdələrdə mikrosxemlərin istehsalını təmin edən avtomatlarla təchiz olunmuşdur.
Əsas istehsalatın enerji daşıyıcıları ilə təminatı üçün zavodda yüksək keyfiyyətli qazların (azot, oksigen, hidrogen) istehsalı və suyun ionlardan təmizlənməsi üçün sexlər fəaliyyət göstərir.
Suyun kimyəvi təmizlənməsi sexi saatda 22 m3 yüksək keyfiyyətli ionlardan təmizlənmiş su istehsal edir.
Azot-oksigen stansiyası saatda 400 kq maye və ya 360 m3 qaz mühitli yüksək keyfiyyətli azot və ya oksigen istehsal edir.
Hidrogen-oksigen stansiyası saatda 240 m3 hidrogen istehsal edir.
Zavodda həmçinin mexaniki yığma sexi, alət sexi, qeyri-standart avadanlıqlar sexi və digər istehsalat sahələri fəaliyyət göstərir.
Sexlərin texniki səviyyəsi yüksək keyfiyyətli ştamp, pres-qəlib, qeyri-standart avadanlıq, metal və plastik kütlədən müxtəlif detalların hazırlanmasına imkan verir.
Metroloji sahə: