Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
Müəssisə haqqında
Avia-Aqreqat zavodu 1961-ci ilin yanvar ayında Keşlə Maşınqayırma zavodunun kondisionerlər sexinin bazasında Bakı Klimatik Qurğuları Təcrübə zavodu adı altında yaradılmışdır.
1961-ci ildə adı dəyişdirilərək Bakı Kondisionerlər zavodu olmuş və 1965-ci ildən SSRİ Aviasiya Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir.
1970-ci ilin aprel ayında zavod Buzovna qəsəbəsinin Albalılıq dayanacağında yaradılan yeni istehsalat sahəsinə köçürülmüş və Bakı Maşınqayırma zavodu adlandırılmışdır.
1978-ci ildə SSRİ aviasiya sənayesi nazirinin əmri ilə Sovet Azərbaycanının 50 illiyi adına Bakı Maşınqayırma zavodunun adı dəyişdirilərək İqlim BAİB-in bazasında Bakı Aqreqat zavodu yaradılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 yanvar 1993-cü il tarixli 16 nömrəli Qərarı ilə zavodun adı dəyişdirilərək Avia-Aqreqat zavodu adlandırılmışdır.
1993-cü ildən zavod Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərməyə başlamışdır.
1997-ci ildə zavodun adı yenidən dəyişdirilərək Bakı Avia-Aqreqat İB adlandırılmışdır.
2006-cı ilin sentyabrından Avia-Aqreqat zavodu adı altında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.
2006-ci ildə İSO 9001-2001 sertifikatını almışdır.
Avia-Aqreqat zavodu MDB ölkələrinin bir çox təyyarəqayırma müəssisələri ilə əməkdaşlıq edir.
Fəaliyyət istiqaməti
Aviasiya texnikası istehsalı üzrə ixtisaslaşmış müəssisə kimi fəaliyyəti aşağıdakılardan ibarətdir:
Texnoloji imkanlar
“Avia-Aqreqat” zavodunun fəaliyyəti aşağıdakı istehsal sahələrindən ibarətdir: