Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
08 May, 2023 15:00 1005

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi yad edilib

Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində müdafiə sənayesi naziri Mədət Quliyev və Nazirliyin əməkdaşları Fəxri xiyabana gedərək Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.

Daha sonra oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət və elm xadimi Əziz Əliyevin və tibb elmləri doktoru, professor Tamerlan Əliyevin məzarları ziyarət edilib, abidələri önünə tər çiçəklər düzülüb.