Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
17 Mart, 2023 18:20 1052

Müdafiə Sənayesi Nazirliyinin işçiləri üçün “Qurtuluş” tamaşası nümayiş olunub

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı Müdafiə Sənayesi Nazirliyində silsilə tədbirlər davam etdirilir.

Bu tədbirlər çərçivəsində Ulu Öndərin zəngin irsinin daha dərindən öyrənilməsi və təbliği məqsədilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı tərəfindən Müdafiə Sənayesi Nazirliyinin müəssisələrindən birində şair-dramaturq İvtixar Piriyevin “Qurtuluş dastanı” əsəri əsasında səhnələşdirilmiş “Qurtuluş” tamaşası nümayiş olunub.

Əvvəlcə teatrın aktyorları və Müdafiə Sənayesi Nazirliyinin bir qrup əməkdaşı Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər güllər qoyub, dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Nazirliyin şəhid işçilərinin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülüb.

Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi və qorunması, respublikanın inkişafı və tərəqqisi yolunda inamla addımlaması uğrunda Ümummilli Lider Heydər Əliyevin göstərdiyi misilsiz xidmətlərini izləyiciyə doğun şəkildə çatdıran, dahi şəxsiyyətin bədii obrazının peşəkarlıqla canlandırıldığı səhnələr tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb və sürəkli alqışlarla müşayiət olunub.

Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Moskva, Naxçıvan və Bakı dövrlərini əhatə edən səhnə əsərinin tamaşası bitdikdən sonra müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyevin adından teatrın kollektivinə təşəkkürünü bildirən nazirin müşaviri Arif Babayev, aktyorlara yaradıcılıq fəaliyyətlərində yeni uğurlar arzulayıb.

Teatrın direktoru, əməkdar mədəniyyət işçisi İvtixar Piriyev tamaşanın nümayişi üçün yaradılmış şəraitə görə müdafiə sənayesi naziri Mədət Quliyevə rəhbərlik etdiyi kollektivin adından dərin təşəkkürünü bildirib. Qeyd edib ki, səhnə əsərinə, xüsusilə dahi şəxsiyyət Heydər Əliyevin bədii obrazına izləyicilər tərəfindən göstərilən səmimi diqqət və rəğbət tamaşanın daha canlı və maraqlı alınmasında böyük rol oynayıb.