Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
29 Mart, 2023 17:42 1582

Müdafiə sənayesi naziri Mədət Quliyev “Tarixin dərsləri” layihəsinin ilk qonağı olub

Martın 29-da Gənclər və İdman Nazirliyinin və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə “Tarixin dərsləri” layihəsinə start verilib.

Layihənin ilk qonağı müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik, Velosiped Federasiyasının prezidenti Mədət Quliyev olub.

Diskusiya şəraitində keçirilən müzakirədə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı, dövləti qarşısında misilsiz xidmətlərindən, siyasi və dövlət xadimi kimi təcrübəsindən, vətəndaşlıq mövqeyindən, dövlətimizin möhkəmlənməsi və inkişafı üçün atdığı addımlardan bəhs edilib.

Tədbirdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Akademiyanın rektoru Fuad Hacıyev, Akademiyanın tələbə və müəllim heyəti, Gənclər Evlərinin rəhbərləri və metodistləri, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası İdarə Heyətinin üzvləri, ATGTİ fəalları və gənclər təşkilatlarının rəhbərləri iştirak ediblər.