Vüqar Mustafayev Efiopiyada işgüzar səfərdədir
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev Efiopiya Federativ Demokratik Respublikasında işgüzar səfərdədir.
Nazir V.Mustafayev səfər çərçivəsində noyabrın 20-də Efiopiya Federativ Demokratik Respublikasının Baş nazirinin müavini Temesgen Tiruneh və müdafiə naziri Aişə Məhəmməd ilə görüşüb.
Görüşlərdə nazir V.Mustafayev Azərbaycanın müdafiə sənayesi kompleksinin istehsal imkanları, yüksək texnologiyalara əsaslanan silah və hərbi təyinatlı məhsullar barədə ətraflı məlumat verib.
O, T.Tiruneh və A.Məhəmmədi 2026-cı ildə keçiriləcək “ADEX” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib.
Qarşı tərəf öz növbəsində Efiopiyanın müdafiə sənayesi potensialı haqqında danışıb, iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın zəruriliyini vurğulayıb.
Müzakirələr zamanı qarşılıqlı səfərlərin artırılması, əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, təlim və təcrübə proqramlarının həyata keçirilməsi üzrə razılığa gəlinib, müdafiə sənayesi sahəsində əlaqələrin uzunmüddətli, faydalı əməkdaşlıq formatında davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Səmimi və konstruktiv mühitdə davam edən görüşlərdə maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
13.10.2026, 18:38
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib
12.10.2026, 16:35
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
02.10.2026, 21:38
“ADEX-2026” sərgisində bir sıra mühüm görüşlər keçirilib
02.10.2026, 18:35
Hidayət Əzimov “ADEX 2026” çərçivəsində brifinq keçirib
02.10.2026, 17:20
Müdafiə sahəsində kibertəhlükəsizlik mövzusunda sektorial görüş keçirilib
01.10.2026, 19:14
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
01.10.2026, 12:34
“ADEX-2026” çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib
01.10.2026, 10:01
“ADEX-2026”nın ilk günündə bir sıra görüşlər keçirilib
30.09.2026, 20:22
"ADEX-2026" çərçivəsində müdafiə sənayesi üzrə Memorandum imzalanıb
30.09.2026, 19:23
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub