“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev “ADEX-2026” və “Securex Caspian-2026” sərgiləri çərçivəsində oktyabrın 1-də bir sıra görüşlər keçirib.
Nazir Belarusun Müdafiə Sənayesi Komitəsinin sədri Dmitri Pantus, Türkiyənin milli müdafiə nazirinin müavini Salih Ayhan, Özbəkistanın Müdafiə Sənayesi Komitəsinin sədri Akmal Jumanazarov Ruzikuloviç, İtaliyanın Milli Silahlanma qurumunun sənaye siyasəti və beynəlxalq əlaqələr bölməsinin rəisi Luigi Casali, Çinin “Norinco”, Birləşmiş Ərəb Əmirliklərinin “Tavazun”, Pakistanın “Heavy Industry Taxila” və İspaniyanın “INDRA” şirkətinin rəhbər şəxsləri ilə görüşüb.
Sərginin ikinci günü, həmçinin müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Uqandanın Xalq Müdafiə Qüvvələri Artilleriya diviziyasının komandiri Daniel Kakono Mugumya və Belarusun müdafiə nazirinin silahlanma üzrə müavini Andrey Fedin, müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov isə Braziliya Müdafiə Nazirliyinin Ticarətin təşviqi departamentinin direktoru Joelson Rodrigues De Carvalho ilə görüşüblər.
Görüşlər zamanı müdafiə sənayesi üzrə tərəfdaşlığın genişləndirilməsi, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və müxtəlif istiqamətlərdə birgə fəaliyyət imkanları müzakirə olunub. Tərəflər müdafiə sənayesi müəssisələri arasında münasibətlərin möhkəmləndirilməsi, texnoloji əməkdaşlıq və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, “ADEX-2026” və “Securex Caspian-2026” sərgiləri oktyabrın 2-də başa çatacaq.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
13.10.2026, 18:38
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib
12.10.2026, 16:35
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
02.10.2026, 21:38
“ADEX-2026” sərgisində bir sıra mühüm görüşlər keçirilib
02.10.2026, 18:35
Hidayət Əzimov “ADEX 2026” çərçivəsində brifinq keçirib
02.10.2026, 17:20
Müdafiə sahəsində kibertəhlükəsizlik mövzusunda sektorial görüş keçirilib
01.10.2026, 12:34
“ADEX-2026” çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib
01.10.2026, 10:04
“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində MSN-in yeni məhsulları sərgilənir
01.10.2026, 10:01
“ADEX-2026”nın ilk günündə bir sıra görüşlər keçirilib
30.09.2026, 20:22
"ADEX-2026" çərçivəsində müdafiə sənayesi üzrə Memorandum imzalanıb
30.09.2026, 19:23
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub