MSN və BDU arasında universitet-sənaye tərəfdaşlığı müzakirə edilib
Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevlə görüşüb.
Görüşdə müdafiə sənayesi sahəsində yüksəkixtisaslı kadr hazırlığının gücləndirilməsi və innovativ təşəbbüslərin təşviqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb, universitet-sənaye-dövlət əməkdaşlığı əsasında 2026-cı ildə icrası nəzərdə tutulan yeni layihələr müzakirə edilib. Bununla yanaşı, 2025-ci ildə uğurla həyata keçirilən “DefAge Bootcamp” layihəsinin nəticələri təqdim olunub.
Qeyd edilib ki, müasir texnoloji çağırışlar fonunda ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq ölkəmizin müdafiə sənayesinin inkişafında mühüm rol oynayır.
Müzakirələr zamanı ali təhsil müəssisəsinin fəaliyyəti, tədris və tədqiqat imkanları, müdafiə sənayesi istiqaməti üzrə həyata keçirə biləcəkləri işlər barədə geniş məlumat verilib.
Tərəflər Müdafiə Sənayesi Nazirliyi (MSN) ilə BDU arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi, birgə elmi layihələrin həyata keçirilməsi, tələbə və gənc tədqiqatçıların müdafiə sənayesi istiqamətində fəaliyyətə cəlb olunması, eləcə də tələbələrin istehsalat təcrübələrinin təşkili məsələlərini nəzərdən keçiriblər.
Səmimi və işgüzar şəraitdə keçən görüşdə MSN tərəfindən icrası davam edən universitet-sənaye-dövlət əməkdaşlığı layihələrinə BDU-nun da qoşulması, gələcək fəaliyyət istiqamətləri üzrə əlaqələrin davam etdirilməsi, həmçinin belə görüşlərin mütəmadi keçirilməsi barədə razılıq əldə olunub.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
13.10.2026, 18:38
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib
12.10.2026, 16:35
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
02.10.2026, 21:38
“ADEX-2026” sərgisində bir sıra mühüm görüşlər keçirilib
02.10.2026, 18:35
Hidayət Əzimov “ADEX 2026” çərçivəsində brifinq keçirib
02.10.2026, 17:20
Müdafiə sahəsində kibertəhlükəsizlik mövzusunda sektorial görüş keçirilib
01.10.2026, 19:14
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
01.10.2026, 12:34
“ADEX-2026” çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib
01.10.2026, 10:01
“ADEX-2026”nın ilk günündə bir sıra görüşlər keçirilib
30.09.2026, 20:22
"ADEX-2026" çərçivəsində müdafiə sənayesi üzrə Memorandum imzalanıb
30.09.2026, 19:23
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub