Mali və Sudanla müdafiə sənayesi sahəsində əlaqələr müzakirə edilib
Dekabrın 9-da Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov Mali Respublikası Milli Təhlükəsizlik Agentliyinin baş direktoru Modibo Kone və Sudan Respublikası Müdafiə Sənayesi Sisteminin baş direktoru Mirgani İdris Süleymanla görüşüb.
Görüş zamanı müdafiə sənayesi sahəsində əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər arasında təcrübə mübadiləsi, eləcə də texnoloji və elmi-texniki əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparılıb.
Qonaqlara Azərbaycanın müdafiə sənayesinin inkişafı, yerli istehsal potensialı və ixrac imkanları barədə ətraflı məlumat verilib. Onlar ölkəmizdə müdafiə sənayesi üzrə əldə edilən uğurları yüksək dəyərləndirərək, bu sahədə əməkdaşlığın gələcəkdə daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Səmimi və konstruktiv şəraitdə keçən görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
13.10.2026, 18:38
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib
12.10.2026, 16:35
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
02.10.2026, 21:38
“ADEX-2026” sərgisində bir sıra mühüm görüşlər keçirilib
02.10.2026, 18:35
Hidayət Əzimov “ADEX 2026” çərçivəsində brifinq keçirib
02.10.2026, 17:20
Müdafiə sahəsində kibertəhlükəsizlik mövzusunda sektorial görüş keçirilib
01.10.2026, 19:14
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
01.10.2026, 12:34
“ADEX-2026” çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib
01.10.2026, 10:01
“ADEX-2026”nın ilk günündə bir sıra görüşlər keçirilib
30.09.2026, 20:22
"ADEX-2026" çərçivəsində müdafiə sənayesi üzrə Memorandum imzalanıb
30.09.2026, 19:23
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub