“EDEX-2025” sərgisi çərçivəsində bir sıra görüşlər keçirilib
Misir Ərəb Respublikasının Qahirə şəhərində keçirilən “EDEX-2025” beynəlxalq müdafiə sərgisində iştirak edən Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev bir sıra görüşlər keçirib.
O, Pakistan İslam Respublikası Strateji Planlaşdırma İdarəsinin Baş direktoru Yusuf Jamal, Misir Ərəb Respublikasının müdafiə və hərbi istehsal naziri Abdel Mageed Ahmed Abdel Mageed Saqr, Anqola Respublikası Müdafiə Nazirliyinin Sənaye və Hərbi Avadanlıq üzrə direktoru Abilio Nachingue Paquissi, Braziliya Federativ Respublikasının Müdafiə Məhsulları üzrə katibi Heraldo Luiz Rodrigues, həmçinin Bosniya və Herseqovinanın “Tehnicki Remont Bratunac”, Misirin “Amstone International Group” və Amerika Birləşmiş Ştatlarının “OCR Global” şirkətlərinin rəhbərləri ilə görüşüb.
Görüşlərdə Azərbaycanla hərbi-texniki sahədə mövcud əlaqələr müzakirə edilib, müdafiə sənayesi üzrə əməkdaşlığın inkişafının vacibliyi vurğulanıb, həmçinin beynəlxalq müdafiə sərgilərində qarşılıqlı iştirakın əhəmiyyəti qeyd edilib.
Nazir V.Mustafayev Azərbaycan Respublikasının müdafiə sənayesinin inkişafı, istehsal potensialı və bu sahədə həyata keçirilən uğurlu layihələr barədə tərəflərə ətraflı məlumat verib.
Görüşlər zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
13.10.2026, 18:38
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib
12.10.2026, 16:35
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
02.10.2026, 21:38
“ADEX-2026” sərgisində bir sıra mühüm görüşlər keçirilib
02.10.2026, 18:35
Hidayət Əzimov “ADEX 2026” çərçivəsində brifinq keçirib
02.10.2026, 17:20
Müdafiə sahəsində kibertəhlükəsizlik mövzusunda sektorial görüş keçirilib
01.10.2026, 19:14
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
01.10.2026, 12:34
“ADEX-2026” çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib
01.10.2026, 10:01
“ADEX-2026”nın ilk günündə bir sıra görüşlər keçirilib
30.09.2026, 20:22
"ADEX-2026" çərçivəsində müdafiə sənayesi üzrə Memorandum imzalanıb
30.09.2026, 19:23
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub