Azərbaycan və Özbəkistan arasında hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi müzakirə edilib
Dekabrın 11-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikası Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesi Agentliyinin direktoru Mansurjon İbodullayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan V.Mustafayev onları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib. O, iki ölkə arasında dostluq münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini bildirərək, müdafiə sənayesi sahəsində Azərbaycan–Özbəkistan tərəfdaşlığının daha da gücləndirilməsi üçün əhəmiyyətli potensialın olduğunu qeyd edib.
M.İbodullayev öz növbəsində səmimi qarşılanmaya və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib. Qonaq qarşılıqlı etimada və dostluğa əsaslanan münasibətlərin dərinləşməsində bu cür görüşlərin mühüm rol oynadığını diqqətə çatdırıb.
Görüşdə ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi, müasir texnologiyaların müdafiə sənayesində tətbiqi, innovativ həllərin təkmilləşdirilməsi, istehsal imkanlarının genişləndirilməsi, kadr hazırlığının gücləndirilməsi, eləcə də elmi-tədqiqat layihələrinin inkişaf etdirilməsi və digər istiqamətlərdə müzakirələr aparılıb.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
13.10.2026, 18:38
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib
12.10.2026, 16:35
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
02.10.2026, 21:38
“ADEX-2026” sərgisində bir sıra mühüm görüşlər keçirilib
02.10.2026, 18:35
Hidayət Əzimov “ADEX 2026” çərçivəsində brifinq keçirib
02.10.2026, 17:20
Müdafiə sahəsində kibertəhlükəsizlik mövzusunda sektorial görüş keçirilib
01.10.2026, 19:14
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
01.10.2026, 12:34
“ADEX-2026” çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib
01.10.2026, 10:01
“ADEX-2026”nın ilk günündə bir sıra görüşlər keçirilib
30.09.2026, 20:22
"ADEX-2026" çərçivəsində müdafiə sənayesi üzrə Memorandum imzalanıb
30.09.2026, 19:23
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub