Azərbaycan ilə Vyetnam arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin Vyetnam Sosialist Respublikasına işgüzar səfəri davam edir.
Səfər çərçivəsində dekabrın 26-da V.Mustafayev Vyetnamın Müdafiə Sənayesi Baş İdarəsinin və “Vittel Group” dövlət şirkətinin rəhbər heyətləri ilə görüşüb.
Geniş tərkibdə keçirilən görüşlərdə tərəflər arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları, mövcud sənaye infrastrukturu, kadr hazırlığı məsələləri, texnologiya və təcrübə mübadiləsi, eləcə də birgə istehsal perspektivləri müzakirə olunub.
Görüşlərdə kiçik sərgilər təşkil olunaraq Vyetnam istehsalı olan hərbi və ikili təyinatlı məhsulların təqdimatı keçirilib, onların texniki xüsusiyyətləri və tətbiq imkanları barədə Azərbaycanın nümayəndə heyətinə ətraflı məlumat verilib.
Daha sonra V.Mustafayev Vyetnamın Hərbi Sənaye Kompleksinin əsasını təşkil edən zavodlardan birini ziyarət edib. Nazir müəssisədə mövcud istehsal prosesi, tətbiq olunan müasir texnologiyalar və keyfiyyətə nəzarət mexanizmləri ilə yaxından tanış olub.
Səfər çərçivəsində keçirilən görüşlərin Azərbaycan ilə Vyetnam arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafına, qarşılıqlı faydalı layihələrin reallaşdırılmasına və strateji tərəfdaşlığın yeni mərhələyə yüksəldilməsinə töhfə verəcəyi vurğulanıb.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
13.10.2026, 18:38
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib
12.10.2026, 16:35
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
02.10.2026, 21:38
“ADEX-2026” sərgisində bir sıra mühüm görüşlər keçirilib
02.10.2026, 18:35
Hidayət Əzimov “ADEX 2026” çərçivəsində brifinq keçirib
02.10.2026, 17:20
Müdafiə sahəsində kibertəhlükəsizlik mövzusunda sektorial görüş keçirilib
01.10.2026, 19:14
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
01.10.2026, 12:34
“ADEX-2026” çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib
01.10.2026, 10:01
“ADEX-2026”nın ilk günündə bir sıra görüşlər keçirilib
30.09.2026, 20:22
"ADEX-2026" çərçivəsində müdafiə sənayesi üzrə Memorandum imzalanıb
30.09.2026, 19:23
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub