Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə (ADEX) həsr olunmuş mətbuat konfransı keçirilib
Sentyabrın 22-də “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə və “Securex Caspian” 15-сi yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilib.
Zəfər muzeyində təşkil olunan konfransda Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri Samir Ağabalayev, Beynəlxalq strateji əməkdaşlıq şöbəsinin müdiri Gülsüm Rzayeva, Mətbuat xidməti sektorunun müdiri Nərmin Əhmədova, "Caspian Event Organisers" şirkətinin baş direktoru Fərid Məmmədov və digər şəxslər iştirak ediblər.
S.Ağabalayev tədbiri açıq elan edərək mətbuat konfransının Zəfər muzeyində keçirilməsinin xüsusi bir məna daşıdığını vurğulayıb. O, bu məkanın Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı və qazandığı şanlı Zəfəri nümayiş etdirmək, şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədilə inşa edildiyini, bu səbəblə ADEX kimi Azərbaycanın müdafiə sənayesini və hərbi-texniki imkanlarını nümayiş etdirən böyük bir sərginin mətbuat konfransının məhz burada keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.
Aparatın rəhbəri bildirib ki, ADEX sərgisi regionun ən böyük ixtisaslaşmış müdafiə sərgisi olmaqla, hərbi-texniki əməkdaşlığın mühüm platformalarından birinə çevrilib. O, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2014-cü ildən bu günə kimi keçirilmiş 5 ADEX sərgisini şəxsən ziyarət etdiyini, dövlət başçısının müdafiə sənayesinə göstərdiyi diqqət və qayğı nəticəsində bu sahənin ölkəmizin milli təhlükəsizliyinin və müdafiə qüdrətinin mühüm dayaqlarından birinə çevrildiyini xüsusi vurğulayıb.
S.Ağabalayev məlumat verib ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə keçirilən ADEX-2026 sərgisi sentyabrın 30-dan oktyabrın 2-dək Bakı Ekspo Mərkəzində keçiriləcək. Budəfəki sərgidə iştirakçı ölkələrin və şirkətlərin sayı əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2014-cü ildə keçirilmiş ilk ADEX sərgisində 34 ölkə iştirak etdiyi halda, 2026-cı ildə bu ölkələrin sayı 46-ya çatıb.
Konfrans zamanı qeyd edilib ki, hazırda 46 ölkədən 270-dən çox şirkətin və 40 xarici rəsmi nümayəndə heyətinin iştirakı təsdiqlənib. Bu il ABŞ-ın ADEX-də iştirakı xüsusi diqqət çəkir. ABŞ-ın “SIG SAUER” və “Lockheed Martin” kimi şirkətləri, həmçinin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı və Almaniya ilk dəfə ADEX-də iştirak edəcəklər.
Azərbaycanla yanaşı, ABŞ, Belarus, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Çexiya, Çin, İsrail, İtaliya, Özbəkistan, Pakistan, Rumıniya, Rusiya, Slovakiya və Türkiyə olmaqla 14 ölkənin sərgidə milli pavilyonla təmsil olunacağı qeyd edilib.
Mətbuat konfransında ADEX-2026-nın əsas yeniliklərindən biri kimi sərginin miqyasının genişlənməsi xüsusi vurğulanıb. İlk dəfə olaraq Bakı Ekspo Mərkəzinin 5-ci pavilyonu ADEX sərgisi üçün istifadə olunacaq. Bu addım sərgiyə beynəlxalq marağın artmasının və ADEX-in müdafiə sənayesi sahəsində beynəlxalq platforma kimi mövqeyinin möhkəmlənməsinin göstəricisi kimi qiymətləndirilib.
Digər mühüm yenilik isə Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunun ilk dəfə olaraq milli ekspozisiyaya ayrılmasıdır. Burada Azərbaycanın müdafiə sənayesi, texnologiya, kosmik sənaye və mühəndislik sahələrini təmsil edən qurum və şirkətlərinin məhsul və imkanları təqdim olunacaq.
Qeyd olunub ki, ADEX-2026 çərçivəsində yüksək səviyyəli xarici nümayəndə heyətlərinin iştirakı ikitərəfli görüşlərin keçirilməsi, əməkdaşlıq imkanlarının müzakirəsi, qarşılıqlı maraq doğuran məsələlərin müəyyənləşdirilməsi və yeni tərəfdaşlıqların qurulması üçün geniş imkanlar yaradacaq.
Tədbir iştirakçıları media nümayəndələrinin suallarını cavablandırdıqdan sonra qonaqlar Zəfər muzeyi ilə tanış olublar.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
13.10.2026, 18:38
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib
12.10.2026, 16:35
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
02.10.2026, 21:38
“ADEX-2026” sərgisində bir sıra mühüm görüşlər keçirilib
02.10.2026, 18:35
Hidayət Əzimov “ADEX 2026” çərçivəsində brifinq keçirib
02.10.2026, 17:20
Müdafiə sahəsində kibertəhlükəsizlik mövzusunda sektorial görüş keçirilib
01.10.2026, 19:14
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
01.10.2026, 12:34
“ADEX-2026” çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib
01.10.2026, 10:04
“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində MSN-in yeni məhsulları sərgilənir
01.10.2026, 10:01
“ADEX-2026”nın ilk günündə bir sıra görüşlər keçirilib
30.09.2026, 20:22
"ADEX-2026" çərçivəsində müdafiə sənayesi üzrə Memorandum imzalanıb