Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
23 Noyabr, 2023 14:00 371

Müdafiə sənayesi naziri Vüqar Mustafayev Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyinin nümayəndə heyətini qəbul edib

Noyabrın 23-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev SPECA həftəsi çərçivəsində ölkəmizdə rəsmi səfərdə olan Qazaxıstan Respublikasının rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye nazirinin müavini Aset Nurlanoviç Turısovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qazaxıstan Respublikasının “Ag Tech” şirkətinin baş direktoru Aleksandr Yuriyeviç Podvalovun da iştirak etdiyi görüşdə şirkətin fəaliyyət istiqamətləri barədə məlumat verilib.

Görüş zamanı gələcəkdə müdafiə sənayesi sahəsində müasir rəqəmsal texnologiyaların tətbiqi üzrə əməkdaşlığın mümkünlüyünə baxılacağına dair razılıq əldə edilib və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Səmimi qəbula görə təşəkkür edən Qazaxıstan Respublikasının rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye nazirinin müavini Aset Nurlanoviç Turısov ölkəmizlə Qazaxıstan arasında ikitərəfli əlaqələrin bundan sonra da inkişaf edəcəyindən əminliyini bildirib.