Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
23 Noyabr, 2023 17:45 473

Müdafiə sənayesi naziri Vüqar Mustafayev Özbəkistan Respublikasının Müdafiə Sənayesi Agentliyinin nümayəndə heyətini qəbul edib

Noyabrın 23-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikasının Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesi Agentliyinin direktoru İbodullayev Mansurjon Gapparoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə hər iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti, gələcəkdə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Bildirilib ki, hərbi-texniki sahədə Azərbaycan-Özbəkistan əlaqələrinin genişləndirilməsi üçün böyük potensial mövcuddur və bu münasibətlər gələcəkdə daha uğurla inkişaf etdiriləcək.

Sonda hər iki qurum arasında gələcək əməkdaşlıq perspektivlərinin müəyyən edilməsi məqsədilə çərçivə sənədi olaraq yol xəritəsinin hazırlanmasına dair razılığa gəlinib.