Tez-tez verilən suallar
Müdafiə Sənayesi Nazirliyində və tabeli qurumlarında işə qəbul necə həyata keçirilir?
Cavab: Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyində inzibati vəzifələr üzrə işə qəbul “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən müsabiqə (test imtahanı və müsahibə) və ya müsahibə (ümumi və daxili müsahibə) yolu ilə həyata keçirilir. Bu barədə elanlar Dövlət İmtahan Mərkəzinin və Müdafiə Sənayesi Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir.
Nazirliyin tabeliyində hərbi hissələr fəaliyyət göstərir?
Cavab: Xeyr. Müdafiə Sənayesi Nazirliyinin tabeliyində hərbi hissələr fəaliyyət göstərmir.
Nazirliyin müəssisələrində tələbələrin təcrübə keçməsi mümkündür?
Cavab: Tələbələr istehsalat təcrübəsi keçmələri üçün dövlət sirrinin mühafizəsi üzrə normativ hüquqi aktların tələblərinə uyğun olaraq müəyyən edilmiş qaydada müvafiq ixtisaslar üzrə təyin olunmuş dövr ərzində müəssisələrdə baza qismində ayrılmış rejimli sahəyə buraxıla bilərlər.
Nazirliyin müəssisələrində istehsal olunan hərbi məhsulların fiziki şəxslərə satışı mümkündür?
Cavab: Müdafiə Sənayesi Nazirliyinin tabeli qurumlarında istehsal olunan hərbi təyinatlı məhsullarin xüsusi icazə əsasında dovlət və özəl qurumlara satışı həyata keçirilir.