“ADEX-2026” sərgisində bir sıra mühüm görüşlər keçirilib
“ADEX-2026” və “Securex Caspian-2026” sərgilərinin son günü Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev Sudanın müdafiə naziri Həsən Davud Kabron Kian və “MASAD” Hərbi Sənaye Sistemlərinin baş direktorunun müavini Elmutasim Abdalla Elhag Ahmed, Rumıniya Prezidentinin Administrasiyasının təhlükəsizlik məsələləri üzrə müşaviri Marius Lazurca, Amerika Birləşmiş Ştatlarının Müharibə departamentinin Müharibə siyasəti üzrə idarə rəisi Greg Savyer, Cənubi Koreyanın Müdafiə Satınalma və Proqram Adminstrasiyasının Xüsusi Texnologiyalar Proqramı İdarəsinin rəisi Geun Young Park, Kot-d’İvuarın Antiterror Əməliyyat Kəşfiyyatı Mərkəzinin direktorunun müavini Assane Kourouma, Türkiyənin “AYDA”, “Makine ve Kimya Endüstrisi”, “Roketsan” və Çinin “CETC” şirkətinin rəhbər şəxsləri ilə görüşüb.
Görüşlərdə müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı və müxtəlif istiqamətlərdə birgə fəaliyyət imkanları barədə fikir mübadiləsi aparılıb.
V. Mustafayev Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülər və Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov ilə birlikdə sərgidə nümayiş olunan məhsullarla tanış olub.
Müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Gürcüstanın müdafiə nazirinin müavini David Kupatadze, müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov isə Pakistanın Radio Telekommunikasiya Korporasiyasının İcraçı direktoru Azmat Şabbir ilə görüşüb.
Görüşlərdə hərbi-texniki əməkdaşlığın inkişafı və bu sahədə tərəfdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
Foto qalareya
Oxşar yazılar
13.10.2026, 18:38
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib
12.10.2026, 16:35
Vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün daxili müsahibə
02.10.2026, 18:35
Hidayət Əzimov “ADEX 2026” çərçivəsində brifinq keçirib
02.10.2026, 17:20
Müdafiə sahəsində kibertəhlükəsizlik mövzusunda sektorial görüş keçirilib
01.10.2026, 19:14
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
01.10.2026, 12:34
“ADEX-2026” çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilib
01.10.2026, 10:04
“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində MSN-in yeni məhsulları sərgilənir
01.10.2026, 10:01
“ADEX-2026”nın ilk günündə bir sıra görüşlər keçirilib
30.09.2026, 20:22
"ADEX-2026" çərçivəsində müdafiə sənayesi üzrə Memorandum imzalanıb
30.09.2026, 19:23
İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub