Nazirliyin Elmi-Tədqiqat İnstitutunun açılışı oldu
Prezident İlham Əliyev institutun açılış mərasimində iştirak etdi
Ölkə başçısı açılşı bildirən lenti kəsdikdən sonra binanın təmirdən əvvəlki vəziyyətini əks etdirən videokadrlara baxdı. Prezident institutda yaradılan Heydər Əliyev güşəsi ilə də tanış oldu. Burada ulu öndərin və prezident İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin ən müasir standartlar səviyyəsində yenidən qurulması və ölkənin müdafiə sənayesinin yaradılması istiqamətində gördükləri ardıcıl və kompleks tədbirlər əksini tapmışdır.
Dövlət başçısına institut barədə ətraflı məlumat verilərək bildirildi ki, institutun yerləşdiyi ərazi və bina bir vaxtlar yararsız vəziyyətə düşmüşdü. Buradakı avadanlıqlar tam yararsız halda idi. Aparılan əsaslı təmir-bərpa işlərindən sonra institutda informasiya-kommunikasiya texnologiyaları, ən son texnoloji avadanlıq geniş tətbiq olunub. Kadrların ixtisasının artırılması da diqqət mərkəzindədir. 2007-ci ilin mart ayının 16-dan fəaliyyət göstərən institutun mühəndis-laboratoriya korpusu, təcrübi zavodu, sınaq sahəsi, atıcılıq tiri və hərbi texnika saxlamaqdan ötrü xüsusi ərazisi var. İnstitutun fəaliyyət istiqamətləri genişdir, onlarca sahəni əhatə edir.
Sonra Prezident İlham Əliyev institutun təcrübi zavodu ilə tanış oldu
Dövlətimizin başçısına zavod barədə ətraflı məlumat verildi. Bildirildi ki, buradakı stendlərdə institut barədə ətraflı məlumat yerləşdirilmişdir. Zavodda mexaniki emal, dəqiq mexanika, yığma, sazlama, qaynaq, termiki emal, sınaq sahələri və sair fəaliyyət göstərir. Prezident İlham Əliyev burada istehsal edilən məhsulların sınaqdan keçirilməsi zamanı çəkilmiş kadrlara baxdı. Ali Baş Komandana istehsal prosesi və buraxılan məhsullar barədə ətraflı məlumat verildi.
Sonda prezident İlham Əliyev nazirliyin Elmi-Tədqiqat İnstitutunda yaradılan şəraitdən razı qaldığını bildirdi.
Paylaşmaq üçün linki kopyala:
Yazını paylaşBaxış sayı:
Oxşar yazılar
22.07.2026, 16:43
MSN və UNEC arasında əməkdaşlıq imkanları müzakirə edilib
19.07.2026, 11:40
Müdafiə Sənayesi Nazirliyinin məlumatı
17.07.2026, 16:03
Müdafiə sənayesi nazirinin müavini Mehman Baxışov Gürcüstanda rəsmi səfərdə olub
11.07.2026, 18:28
“Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İnkişafı Proqramı”nın hesabat və məzun günü ilə bağlı tədbir keçirilib
09.07.2026, 19:13
Vüqar Mustafayev Selçuk Bayraktarla görüşüb
02.07.2026, 18:06
Azərbaycan və Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub
30.06.2026, 18:31
Müdafiə sənayesi sahəsində kadr hazırlığı diqqət mərkəzindədir
30.06.2026, 11:08
Müdafiə Sənayesi Nazirliyinin şəhid olmuş əməkdaşları ölümündən sonra ordenlə təltif ediliblər
23.06.2026, 10:37
Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbərinə “3-cü dərəcə dövlət müşaviri” ixtisas dərəcəsi verilib
17.06.2026, 15:45
“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici təlim keçirilib