Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
02 Dekabr, 2025 09:11 340

Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Misirdə “EDEX-2025” sərgisində iştirak edir

Dekabrın 1-də Misir Ərəb Respublikasının Qahirə şəhərində “EDEX-2025” beynəlxalq müdafiə sərgisi öz işinə başlayıb. Tədbirdə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Sərginin açılış mərasiminə dövlət və hökumət rəsmiləri, müxtəlif ölkələrin, həmçinin Azərbaycanın rəsmi nümayəndə heyəti qatılıb.

“EDEX-2025” sərgisində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinə məxsus 104 adda, eləcə də Azərbaycanın “Synapline”, “Q-STP”, “USH Group”, “6LSystems” və “RD Smart” şirkətlərinin 24 adda məhsulu sərgilənir.

Quru Qoşunları, Hərbi Dəniz və Hərbi Hava Qüvvələrinə aid ən son hərbi texnologiya, avadanlıq və sistemlərin nümayiş olunduğu sərgidə 450-dən çox aparıcı müdafiə və təhlükəsizlik şirkətləri, 100-dən çox rəsmi nümayəndə heyəti və 25 ölkə milli pavilyonla iştirak edir.

Sərgi dekabrın 4-də başa çatacaq.