Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyi Aparatının Hərbi-texniki əməkdaşlıq şöbəsinin müdiri Rzayeva Gülsüm Aydın qızı və Ümumi şöbənin müdir müavini Əhmədov Rövşən Əliağa oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər.
Cənab Prezidentə göstərdiyi yüksək diqqət və qayğıya görə minnətdarlığımızı bildirir, təltif olunan əməkdaşlarımızı bu münasibətlə təbrik edərək, onlara fəaliyyətlərində yeni uğurlar arzulayırıq!