Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
18 Noyabr, 2025 18:00 447

BƏƏ-də müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən “Dubai Airshow 2025” 19-cu beynəlxalq aviasiya sərgisində iştirak edən Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev noyabrın 18-də BƏƏ-nin "Tawazun" Müdafiə Sənayesi Şurasının baş katibi Nasser Al Nuaim və “EDGE Group” şirkətinin icraçı direktoru Hamad Məhəmməd Əl Marar ilə görüşüb.

Görüşdə qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi ilə bağlı bilik və təcrübə mübadiləsi, təcrübi-konstruktor işlərinin və bu sahədə tədqiqatların birgə həyata keçirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər, həmçinin müdafiə sənayesi sahəsində elmi-texniki əməkdaşlıq perspektivləri, müştərək seminarların, texnoloji təqdimatların, təlim və təcrübə proqramlarının təşkilini nəzərdən keçiriblər.

Qeyd edək ki, “Dubai Airshow-2025” sərgisi noyabrın 21-də başa çatacaq.