Magic Beam

01K71VS9JCDQN8MPKWH2S2DPWA.png
01K71VS9K756XSXGVB18J7ZRCE.png
01K71VS9K88JKDQWCJFRHKW5Q2.png
01K71VS9K9Z7BYR2ZBS3C157WA.png
01K71VS9KMC4N94HSFS5R57W51.png
01K71VS9KX6YPC8CH1AF7TENH9.png
01K71VS9MAW42RA6FGZDCRHYTN.png

Magic Beam yüksək enerjili (təqr. 30 kVt) lazer şüası ilə kiçik və orta ölçülü hədəfləri zərərsizləşdirmək üçün nəzərdə tutulmuş, yönəldilmiş enerjili (DEW) sistemdir. Layihə mobil istifadə üçün yüngül zirehli 4×4 platformaya inteqrasiya prinsipi ilə hazırlanır.

Əsas üstünlüklər:

sursatsız atəş: elektrik enerjisi ilə işləyir, “atış-başı” sursat tələb etmir;

sürətli reaksiya: şüa hədəfə işıq sürəti ilə təsir göstərir;

selektiv təsir: yaxın mənzilli hava təhdidlərinə (xüsusən kiçik PUA-lara) dəqiq enerji ötürülməsi;

mobil tətbiq: yüngül zirehli platformada çevik yerləşdirmə və hərəkətlilik.

İstifadə ssenariləri:

hərbi hissələr və kritik obyektlər üçün yaxın mənzilli PUA-əleyhinə müdafiə;

sərhəd məntəqələri, konvoy və müşayiət əməliyyatlarında müdafiə.

Texniki göstəricilər:

lazer gücü: təqr. 30 kVt;

təsir məsafəsi (kiçik PUA-lara qarşı): təqr. 1 000 m;

sistem kütləsi: təqr. 900 kq;

platforma: yüngül zirehli 4×4 şassi üzərində inteqrasiya.

İnteqrasiya və idarəetmə:

EO/İR müşahidə və PUA aşkarlanması sensorları ilə birləşdirilən atəş-idarəetmə modulu;

şəbəkə-mərkəzli əməliyyatlara (C2) inteqrasiya üçün interfeyslər;

mobil enerji təchizatı və soyutma alt-sistemləri.

Status:

layihə inkişaf və sınaq mərhələsindədir; alt-sistemlərin modulyar memarlığı təkmilləşdirilir. Sınaqların nəticələrinə uyğunlaşdırılmış seriyalaşdırma paketi hazırlanır.