Kalan

01K71WGJGJ5S12H0AGRH5AEQ84.png
01K71WGJGMXWEMDW1ZFTQGJYXA.png
01K71WGJGP5X25DKX720AKXJE1.png
01K71WGJKF50QKYDGWVWSDM1ZB.png

Kalan — kompakt pilotsuz suüstü aparat (kamikadze tipli USV)

Layihə haqqında:

Kalan daha kompakt ölçülü, sürətli yerləşdirilən və gizlənməsi asan suüstü aparatdır. Qısa–orta məsafəli sahil missiyaları, dar keçidlər və məhdud akvatoriyalar üçün optimallaşdırılıb.

Əsas üstünlüklər:

  • kompakt gövdə və çevik manevr;
  • sürətli buraxılış, minimal logistika izi;
  • modulyar faydalı yük (fərqli döyüş başlıqları ilə konfiqurasiya);
  • İstifadə ssenariləri;
  • körfəz, liman və kanal giriş-çıxışlarının aktiv müdafiəsi;
  • sürətli katerlərə qarşı qısa məsafəli zərbə;
  • sahil obyektlərinə yaxın təhdidlərin neytrallaşdırılması.

Texniki göstəricilər:

  • uzunluq / en: təqr. 1,5 m / 0,4 m;
  • maksimal sürət: təqr. 30 km/saat;
  • fəaliyyət məsafəsi: təqr. 30–35 km;
  • döyüş başlığı: təqr. 5 kq;
  • idarəetmə: uzaqdan idarəetmə, real vaxt video.

İnteqrasiya və idarəetmə:

  • Suqovuşan ilə birlikdə “sürü əməliyyatı” konsepti;
  • sahil müşahidə sensorları və EO/İR sistemləri ilə məlumat mübadiləsi ;

Təhlükəsizlik və əməliyyat mühiti:

  • dayanıqlı gövdə quruluşu, aşağı siluet;
  • itki halında məlumatların silinməsi və özünü-məhv prosedurları.

Hazırkı status:

  • prototip və nümayiş nümunələri tamamlanıb;
  • dəniz sınaqları və əməliyyat konseptinin təkmilləşdirilməsi davam edir;
  • istehsala hazırlıq üzrə sənədləşdirmə mərhələsi.