AzSimX
AzSimX — atış hazırlığı və taktiki təlim simulyatoru
Layihə haqqında:
AzSimX canlı sursat sərf etmədən atıcılıq vərdişlərini, qərarverməni və qrup koordinasiyasını inkişaf etdirmək üçün hazırlanmış modul tipli proqram-təchizat kompleksidir. Sistem real silah maketlərinin inteqrasiyası, immersiv vizual mühit və ölçülə bilən nəticələr əsasında təlimin keyfiyyətini yüksəldir.
Əsas üstünlüklər:
- xərc və riskin azalması: mərmisiz təlim, təhlükəsiz mühit;
- ölçülə bilən nəticə: fərdi göstəricilər, hesabat və təhlil;
- modulyar quruluş: atış hazırlığı, taktiki ssenarilər;
- adaptasiya: interfeys, ssenarilər və silah modelləri müxtəlif tələblərə uyğunlaşdırılır.
- İstifadə ssenariləri:
- fərdi atış hazırlığı (avtomat, tapança, snayper və s.);
- Yaxın məsafədə döyüş, şəhər şəraiti, konvoyun mühafizəsi;
- hərəkətli hədəflər, gecə-gündüz, məhdud görünüş şəraiti simulyasiyası;
- təlim mərkəzlərində ilkin hazırlıq və periodik qiymətləndirmə.
Texniki göstəricilər:
- vizual mühit: böyük ekran və ya panoramik proyeksiya;
- silah inteqrasiyası: geri-təpmə imitasiyalı maketlər və ya modifikasiya olunmuş real silahlar;
- sensorika və ballistika: dəqiq nişangah izləmə, ballistik uçuş modeli və hədəf replikası;
- çoxistifadəçi rejimi: təlimatçı konsolu, iştirakçı profilləri, nəticələrin arxivi.
İnteqrasiya və idarəetmə:
- silah parkına uyğun modellərin sürətli adaptasiyası;
- ssenari redaktoru və təlimatçı paneli ilə çevik kurs quruculuğu;
- daxili məlumat sistemləri ilə nəticə mübadiləsi və hesabat ixracı.