Müəssisə haqqında

1970-ci ildə SSRİ Elektrotexnika Sənayesi Nazirliyinin “Ümumittifaq Elektro-Maşınqayırma Elmi-Tədqiqat Texnoloji İnstitutunun Bakı şöbəsi” yaradılmışdır.
1988-ci ildə onun bazasında "Stator" Elmi-İstehsalat Birliyi yaradılmışdır. 1989-cu ildə "Stator" EİB Elektrotexnika və Cihazqayırma Sənayesi Nazirliyinin tabeliyinə keçirilmişdir.
1993-cü ildə "Stator" EİB Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibinə daxil edilmişdir.
2006-cı ilin sentyabr ayında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Stator" EİB Avtomatik Xətlər və Qeyri Standart Avadanlıqlar Elmi-İstehsalat Müəssisəsi adlandırılmış və Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir.
Müəssisənin müasir texnologiya və istehsal avadanlığı ilə təchiz olunması:

  • “Fergüsson” tipli presizion mexanizmlər – materialın pres-avtomatlara və digər avtomatik qurğulara verilməsi dəqiqliyinin təmin olunması üçün (Avropa praktikasında ilkin olaraq) istehsalının;
  • polad rulonunun fiqurlu biçilməsinin səmərəliliyini artırmaq üçün avtomatik xətlər (materiala 15%-dək qənaət olunur) istehsalının;
  • “İzot” və “Fenot” elektrotexniki poladların elektroizolyasiyası üçün antikorroziya örtükləri çəkilməsinin
    mənimsənilməsinə imkan yaratmışdır.

2008-ci ildən Avtomatik Xətlər Elmi-İstehsalat Müəssisəsi adı altında fəaliyyətini davam etdirir.