Müəssisə haqqında

"İskra" zavodu 1975-ci ildə SSRİ müdafiə sənayesi nazirinin əmrinə əsasən Azov Optika-mexaniki zavodun filialı kimi yaradılmış və 1978-ci ildən fəaliyyətə başlamışdır.

1993-cü ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "İskra" zavodu  Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyətini davam etdirmişdir.

2006-cı ildən "İskra" zavodu Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir.

2008-ci ildən "Alov" zavodu adı altında fəaliyyət göstərir.