Müəssisə haqqında

"Avia-Aqreqat" zavodu 1961-ci ilin yanvar ayında Keşlə Maşınqayıma zavodunun kondisionerlər sexinin bazasında "Bakı Klimatik Qurğuları" Təcrübə zavodu adı altında yaradılmışdır.

1961-ci ildə adı dəyişdirilərək Bakı Kondisionerlər zavodu olmuş və 1965-ci ildən SSRİ Aviasiya Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir.

1970-ci ilin aprel ayında zavod Buzovna qəsəbəsinin Albalılıq dayanacağında yaradılan yeni  istehsalat sahəsinə köçürülmüş və Bakı Maşınqayırma zavodu adlandırılmışdır.

1978-ci ildə SSRİ aviasiya sənayesi nazirinin əmri ilə Sovet Azərbaycanının 50 illiyi adına Bakı Maşınqayırma zavodunun adı dəyişdirilərək "İqlim" BAİB-in  bazasında Bakı "Aqreqat" zavodu yaradılmışdır.

Azərbaycan Respublikası  Nazirlər Kabinetinin 11 yanvar  1993-cü il tarixli 16 nömrəli Qərarı ilə zavodun adı dəyişdirilərək "Avia-Aqreqat" zavodu adlandırılmışdır.

1993-cü ildən zavod Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərməyə başlamışdır.

1997-ci ildə zavodun adı yenidən dəyişdirilərək Bakı "Avia-Aqreqat" İB adlandırılmışdır.

2006-cı ilin sentyabrından "Avia-Aqreqat" zavodu adı altında Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir.

2006-ci ildə İSO 9001-2001 sertifikatını almışdır.

"Avia-Aqreqat" zavodu MDB ölkələrinin bir çox təyyarəqayırma müəssisələri ilə əməkdaşlıq edir.