Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
19 Dekabr, 2019 16:00 1865

Milli Aerokosmik Agentliyinin 45 illiyi münasibətilə tədbir keçirilib

Milli Aerokosmik Agentliyinin yaradılmasının 45 illiyi və akademik Arif Mehdiyevin anadan olmasının 85 illiyi ilə əlaqədar tədbir keçirilib. Toplantıda  Müdafiə Sənayesi Nazirliyinin və Müdafiə Nazirliyinin məsul əməkdaşları, Azərkosmos və digər təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Milli Aerokosmik Agentliyinin inzibati binasındakı büstü önünə gül dəstəsi qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.

Milli Aerokosmik Agentliyinin baş direktoru professor Natiq Cavadov tədbiri giriş sözü ilə açaraq müəssisənin yaranma tarixindən, keçdiyi inkişaf yolundan və görkəmli akademik Arif Mehdiyevin həyatı və ictimai fəaliyyəti haqqında məlumat verib. Daha sonra Müdafiə Sənayesi naziri cənab Mədət Quliyevin təbrik məktubu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirin sonunda əlamətdar yubiley münasibətilə İnstitutun əməkdaşlarına mükafatlar təqdim olunub.

Yubiley münasibətilə “Kosmos Uşaqların gözü ilə” mövzusunda keçirilmiş rəsm sərgisində fəal iştirak etmiş uşaqlar təşəkkürnamələrlə təltif olunublar.