Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
23 İyun, 2020 19:00 639

Həmkarlarımız yüksək dövlət mükafatlarına layiq görülüblər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Təltif edilənlər siyahısında Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları - İstehsalat şöbəsinin müdir müavini Kərimov Əsəd Əhməd oğlu və Əməyin Mühafizəsi şöbəsinin baş məsləhətçisi Abuşov Tural İntiqam oğlu da yer alıblar. Onlar “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüblər.
Həmkarlarımızı yüksək dövlət mükafatlarına layiq görülmələri münasibətilə ürəkdən təbrik edirik!