Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirinin müavini  Yəhya Musa oğlu Musayev

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirinin müavini
Yəhya Musa oğlu Musayev

Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 2012-ci il tarixli Sərəncamı ilə Tərəqqi medalı ilə təltif edilib.

Yəhya Musa oğlu Musayev

1959-cu ildə Bakı şəhərində anadan olub.
1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib.
1979-1980-ci illərdə fəhlə işləyib.
1980-1982-ci illərdə «Azneftyoltikintitəmir» trestində mühəndis, iqtisadçı işləyib.
1982-1983-cü illərdə 26 Bakı komissarı adına Neftqazçıxarma İdarəsinin Tikinti Quraşdırma İdarəsində baş mühasib işləyib.
1983-1985-ci illərdə 26 Bakı komissarı adına Neftqazçıxarma İdarəsində baş mühasib işləyib.
1985-1994-cü illərdə Ə.C.Əmirov adına Neftqazçıxarma İdarəsində baş mühasib işləyib.
1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda Neft və Qazçıxarma İstehsalat Birliyində baş mühasib işləyib.
2003-2004-cü illərdə  Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Azneft» İstehsalat Birliyində İqtisadiyyat-maliyyə və mühasibat uçotu idarəsinin rəisi işləyib.
2004-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin  «Azneft» İstehsalat Birliyində baş direktorun müşaviri işləyib.
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2006-cı il tarixli Sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini təyin edilib.
Ailəlidir, bir oğlu var.

Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 2012-ci il tarixli Sərəncamı ilə Tərəqqi medalı ilə təltif edilib.