Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin xətti ilə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və biz bu sahədə də böyük nailiyyətlərə çata bilmişik
İlham Əliyev

Fəaliyyət istiqamətləri

Azərbaycan Respublikasının Мüdаfiə Sənаyеsi Nаzirliyi Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli 1181 nömrəli Sərəncamı ilə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin bazasında yaradılmışdır.

Мüdаfiə Sənаyеsi Nаzirliyinin müəssisələri istehsal etdikləri məhsul çeşidlərinə görə aşağıdakı sənaye sahələrinə aiddirlər:

  • İqlim Elmi-İstehsalat Müəssisəsi, Avia-Aqreqat zavodu, Sənayecihaz Elmi-İstehsalat Müəssisəsi, Dalğa Elmi-İstehsalat Müəssisəsi və Alov zavodu aviasiya və gəmilər üçün avadanlıqlar istehsal edən iri müəssisələrdəndir.
  • Bakı Radioquraşdırma zavodu, Azon, Peyk və EHM zavodları rabitə və radioelektronika məhsulları istehsal edir.
  • Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsi, Telemexanika zavodu və Bakı Cihazqayırma zavodu neftqazçıxarma, neft emalı və kimya müəssisələri üçün cihazlar və texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemləri istehsal edir.
  • Avtomatik xətlər Elmi-İstehsalat Müəssisəsi elektrotexnika, maşınqayırma məhsulları və qeyri-standart avadanlıqlar istehsal edir.